Rıbka "Səbail"dən ayrıla bilər

4 Yanvar 2020 22:21

"Səbail"ın ukraynalı qapıçısı Aleksandr Rıbka Bakı klubundan ayrıla bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirmək istəyir. Onun Premyer Liqa təmsilçisi "Olimpik"ə transfer oluna biləcəyi vurğulanıb.

Qeyd edək ki, A.Rıbka ötən ilin qışından "Səbail"də oynayır. O, mayda klubu ilə 2 illik yeni müqavilə imzalayıb.

Xatırladaq ki, A.Rıbka Ukraynanın "Şaxtyor", "Dinamo", "Oboloni" klublarında çıxış edib.

Milli.Az