ABŞ-ın İraqdakı səfirliyi yaxınlığında raket düşüb

4 Yanvar 2020 22:12

ABŞ səfirliyi yaxınlığında Bağdadın "yaşıl zonasında" raket düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib.

Məlumata əsasən, Amerika diplomatik nümayəndəliyinə bütün girişlər artıq bağlanıb. Daha əvvəl İraq paytaxtının mərkəzində partlayışın olduğu bildirilib.

Milli.Az