Bomba partlayışı zamanı 14 nəfər ölüb

4 Yanvar 2020 19:49

Burkina Fasoda yol kənarındakı bomba partlayışı nəticəsində 14 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, hadisə Burkina Fasonun cənub-qərbində yerləşən Suru vilayətinin Toeni departamentində baş verib.

Tom şəhərinə gedən tələbələrin olduğu avtobus yol kənarındakı bomba üzərinə çıxıb:

"On dörd nəfər həlak olub, dörd nəfər yaralanıb".

Milli.Az