Lavrov və Çavuşoğlu Liviyadakı vəziyyəti müzakirə ediblər

4 Yanvar 2020 18:37

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, danışıq zamanı Suriyadakı nizamlanma və Liviyadakı vəziyyət müzakirə olunub:

"Suriyanın nizamlanması və Liviyadakı vəziyyətə də ən yüksək səviyyədə qarşıdakı təmaslara hazırlıq kontekstində toxunulub".

Milli.Az