"Azərbaycan futbolundakı ab-hava xoşuma gəlmədi"

4 Yanvar 2020 15:13

"Sabah"ın sabiq futbolçusu Rocer Roxas Azərbaycanda keçirdiyi 6 aylıq karyerasından danışıb.

Milli.Az futbolpress.aaz-a istinadən xəbər verir ki, honduraslı forvard ölkəsinin mətbuatına açıqlamasında burdakı ab-havanı bəyənmədiyini sözləyib:

"Azərbaycanda oynadım. Nə ordakı ümumi futbol ab-havası, nə də klubdakı atmosfer xoşuma gəldi. Azərbaycanda xoşbəxt deyildim".

Keçən yay "Sabah"a keçən hücumçu paytaxt təmsilçisində 13 matçda 2 qol vurmağı bacarıb. O, qış fasiləsi yarandıqdan sonra Kolumbiyanın "Deportes Tolimo" klubuna keçib.

Milli.Az