Maşın qaçırmaqda şübhəli bilinən Bakı sakini saxlanıldı

4 Yanvar 2020 14:51

Maşın qaçırmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də

Bakı şəhər sakini T.Müslümzadəyə məxsus "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə saxlanılıb.

Milli.Az