"Qalatasaray"dan Arda Turan açıqlaması

4 Yanvar 2020 13:57

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz "sarı-qırmızılar"ın sabiq futbolçusu Arda Turanı geri qaytaracağına dair iddialara münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, hazırda "Başakşehir"in uğurları üçün çalışan yarımmüdafiəçinin xidmətində maraqlı olmadıqlarını bəyan edib:

"Arda ilə maraqlanmırıq. Biz komandaya uzun illər fayda verəcək, daha sonra isə satışı ilə gəlir qazandıra biləcək futbolçular axtarırıq. Bir sözlə, keçmişə yox, gələcəyə hədəflənmiş yatırımlar etmək istəyirik".

"Qalatasaray"ın yetirməsi olan Arda Turan karyerası ərzində "Manisaspor", "Atletiko", "Barselona"nın da formasını geyinib. Müqavilə ilə "Barselona"ya məxsus olan 33 yaşlı futbolçu "Başakşehir"də 2018-ci ildən çıxış edir.

Milli.Az