Şəmkirdə partlayış: yaralanan var

4 Yanvar 2020 11:06

Şəmkirdə qaz sobasının partlaması nəticəsində ev sahibi xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü Natiq Əsədov yaşadığı evdə sönmüş sobanı yandırmaq istəyərkən partlayış baş verib. Hadisə zamanı N.Əsədov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az