Suaresin evinə oğrular girdilər, heç nə tapmadılar

4 Yanvar 2020 11:23

"Barselona"nın sabiq futbolçusu Denis Suaresin evinə oğrular girib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, soyğunçular 25 yaşlı yarımmüdafəçinin evindəki seyfi açsalar da qiymətli bir şey tapmayıblar. Onlar heç nə  götürmədən evi tərk ediblər.

Qeyd edək ki, D.Suares yayda Kataloniya klubundan "Selta"ya keçib.

Milli.Az