"Keşlə" Almaniya, Rusiya və Slovakiya klubları ilə qarşılaşacaq

4 Yanvar 2020 10:55

"Keşlə" yanvar ayının 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Milli.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 3 yoxlama oyununa çıxacaq. Tərlan Əhmədovun kollektivi yanvarın 17-si Almaniyanın "Zviçaku", 22-si Rusiyanın "Arsenal", 24-ü isə Slovakiyanın "Zemplin" komandası ilə qarşılaşacaq.

Milli.Az