Rusiyada sərnişin təyyarəsi təcili eniş edib

4 Yanvar 2020 10:50

"Airbus-320" sərnişin təyyarəsi Rusiyanın Perm şəhərindəki "Bolşoye Savino" hava limanına təcili eniş edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tümendən Sankt-Peterburqa uçan laynerdə 176 sərnişin olub.

Təyyarənin təcili eniş etməsinə səbəb naviqasiya avadanlıqlarındakı problem göstərilir.

Göyərtədəki sərnişinlərdən xəsarət alan olmayıb.

Milli.Az