“İngiltərə mətbuatı çox danışmağı sevir” - Obameyanq

4 Yanvar 2020 10:44

"Arsenal"dan ayrılacağı iddia olunan Pyer-Emerik Obameyanq gələcəyiylə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, qabonlu hücumçu yayılan xəbərlərin əsassız olduğunu deyərək, "Arsenal"da qalacağını söyləyib:

"İngiltərə mətbuatı çox danışmağı sevir. İndi burdayam, əminliklə deyə bilərəm ki, burdayam".

2018-ci ildən "Arsenal"da forma geyinən Obameyanq bu mövsüm Premyer Liqada 21 oyunda 13 qol vurub.

Milli.Az