Azərbaycan Kubokunun finalının keçiriləcəyi stadion müəyyənləşdi

4 Yanvar 2020 10:11

İdman TV və Azərbaycan Radiosunda "Extra Time" verilişinin qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, PFL rəsmisi ölkə kubokunun finalının mayın 16-sı "Bank Respublika Arena"da keçiriləcəyini bildirib.

Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AÇ-2020 oyunları və Formula1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.

Milli.Az