Fransa çempionatının ikinci divizionunun "Genqam" futbol klubunun hücumçusu Natael Jülan 24 yaşında həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, oyunçu məşqdən evə qayıdarkən özü sürdüyü avtomobillə qəzaya düşüb. Jülanın komanda yoldaşlarından biri qəzanın şahidi olub.
Jülan 2018-ci ilin yanvarından "Genqam"da, keçən ilin ilk yarısını isə "Valensien"də oynayıb. Cari mövsümdə futbolçu iki oyun keçirib - birini çempionatda və digərini Fransa Liqasının kuboku uğrunda.
Milli.Az