Parisdə bıçaqlı hücum: ölən və yaralılar var

4 Yanvar 2020 09:05

Paris yaxınlığındakı parklardan birində bıçaqlı şəxs insanlara hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum paytaxtın cənub-şərqində Viljuif adlanan yerdə baş verib.

İlkin məlumatlara görə, üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Təcavüzkar polis tərəfindən güllələnib.

Milli.Az