FİFA ofsayd qaydalarını dəyişəcək

3 Yanvar 2020 23:24

FIFA oyundan kənar vəziyyət qaydalarında ciddi dəyişiklik edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ofsayd rəqib futbolçunun bütün bədəni müdafiəçidən irəlidə olduqda və onlar arasında aydın məsafə qeydə alındığı zaman tətbiq olunacaq.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası fevralın 29-u yeni qaydanı qəbul edəcək. İndiki ofsayd qaydaları 1990-cı ildə qəbul olunub.

Milli.Az