Premyer Liqa klubundan La Liqaya

3 Yanvar 2020 22:04

"Granada" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Uotford"da çıxış edən Dmitri Fulkyeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı fransalı futbolçu mövsümün sonunadək icarəyə götürülüb.

"Renn"in yetirməsi olan sağ cinah müdafiəçisi "Uotford"da 2017-ci ildən çıxış edir. Amma o, İngiltərə təmsilçisinə məhz "Granada"dan transfer olunub. Belə ki, o, 2013-2017-ci illər aralığında məhz İspaniya klubunun uğurları üçün çalışıb.

"Uotford"da möhkəmlənə bilməyən fransız 2017/18 mövsümünü "Strasburg"da, 2018/19 mövsümünü isə "Getafe"də icarədə keçirib.

Milli.Az