Bakıda 4 otaqlı evdə yanğın olub

3 Yanvar 2020 19:34

Bakı şəhərinin Sabunçu rayonunda 4 otaqlı evdə yanğın baş verib.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan bir mərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az