35 yaşlı kişi yol qəzasının qurbanı oldu

3 Yanvar 2020 19:49

Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Gədəbəy rayon sakini R.Alıyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az