Türkiyədə daha bir faciə - 8 miqrant həyatını itirdi

3 Yanvar 2020 19:39

Türkiyənin Fəthiyə bölgəsi sahillərində 15 miqrantın olduğu rezin qayıq batma təhlükəsi ilə üzləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, onların köməyinə sahil təhlükəsizlik qüvvələrinə məxsus 3 qayıq, təyyarə və helikopter göndərilib.

Xilasetmə əməliyyatı həyata keçirən qüvvələr 3-ü qadın olmaqla 8 miqrantın cəsədini sudan çıxarıb.

İtkin düşən miqrantların axtarışı davam etdirilir.

Milli.Az