Qasım Süleymaninin yerinə YENİ TƏYİNAT

3 Yanvar 2020 14:42

İsmayıl Kaani "Əl Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.

Bu barədə Milli.Az Fars informasiya agentliyinә istinadәn mәlumat verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünündən sonra onun yerinə İsmayıl Kaani təsdiq edilib. 

İ.Kaani buna qədər "Əl Qüds" xüsusi təyinatlı qüvvələr komandanının müavini olub.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) generalı Qasım Süleymani ötәn gecә ABŞ helikopterlәrinin hücumu nәticәsindә Bağdad aeroportu yaxınlığında hәlak olub.

Zaur
Milli.Az