Şri-Lankada hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

3 Yanvar 2020 18:04

Şri-Lankanın cənubundakı Uva əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 hərbçi həlak olub.

Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşüb. Hadisə yerinə xilasedicilər göndərilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az