Azərbaycanda 2020-ci ilin ilk qarı - Şamaxı və Qaxdan görüntülər - FOTO

3 Yanvar 2020 14:10

Yanvarın 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-2.0 mm; Lənkəran-Astara zonasında 7.0-29.0 mm, Böyük Qafqazda 2.0-14.0 mm Mərkəzi Aran rayonlarında 1.0-4.0 mm; Qazax-Gəncə zonasında 1.0-3.0 mm Kiçik Qafqazda 1.0-2.0 mm; Naxçıvan MR-da, Ağdərədə 1.0 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaş (Qax), Kişçayda (Şəki) 15 sm, Xaltanda 9 sm, Şamaxıda 8 sm, Şahdağda 7 sm, Altıağacda 6 sm, Qırızıda 5 sm, Xınalıq, Mərəzədə 4 sm, Ağdərə, Göygöldə 2 sm, Qusar, Gədəbəy, Qubada 1 sm-ə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 2-6° isti, dağlıq rayonlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 9-11° şaxta olub.

Milli.Az Trend-ə istinadən Şamaxı və Qaxa yağa qardan fotoları təqdim edir.

Milli.Az