Ankarada qatar yoldan çıxaraq aşdı - FOTO

3 Yanvar 2020 12:14

Ankarada Yenimahalle rayonunda yerləşən Marşandiz stansiyasında qatar qəzası baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Doğu ekspress" qatarının lokomotivi və bir vaqonunun yoldan çıxaraq aşması dəmir yolunda hərəkətə problemlər yaradıb. Baş verən qəzada ölüm və yaralanma faktı qeydə alınmayıb.

Milli.Az