Türkiyənin bu qərarı yanlışdır - Jirinovski

3 Yanvar 2020 11:24

Türkiyənin Liviyaya əsgər göndərməsi qərarı yanlışdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Pariyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.

"Xarici müdaxilə sadəcə böhranı dərinləşdirər", - deyə partiya lideri bildirib.

Qeyd edək ki, Türkiyə parlamenti Liviyaya hərbçi göndərilməsini nəzərdə tutan qətnaməni səs çoxluğu ilə qəbul edib.

Milli.Az