Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiyməti bahalaşdı

3 Yanvar 2020 10:29

İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Brent" markalı neftin qiyməti təxminən 3 faiz artıb.

Belə ki, səhər saatlarında birjalarda "Brent" neftinin qiyməti 68.25 dollar/barel təşkil edib.

Analitiklər yaxın günlərdə neftin qiymətinin yüksək olacağını proqnozlaşdırır.

Milli.Az