Türkiyə ordusu İraqın şimalında iki şəhid verib

3 Yanvar 2020 09:19

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində antiterror əməliyyatı aparın hissələrində xidmət edən hərbçilərdən ikisi şəhid olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə "Pençe-3" əməliyyatları çərçivəsində baş verib. Hərbçilər terrorçularla atışma zamanı qəhrəmancasına həlak olublar. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları və helikopterləri terrorçuların bölgədəki düşərgələrinə havadan zərbə endiriblər.

Milli.Az