İndoneziyada 26 nəfər daşqınların qurbanı olub

3 Yanvar 2020 09:05

İndoneziyanın paytaxtı Cakarta və onun ətraf rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar baş verən ərazilərdən 31 mindən artıq insan təxliyə edilib.

Bildirilir ki, daşqınlar nəqliyyatın hərəkətində və elektrik enerjisi təchizatında çətinliklər yaradıb.

Milli.Az