İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ olub

2 Yanvar 2020 23:28

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Katabu yaşayış məntəqəsindən 288 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.

Milli.Az