Hövsan yolunda "Nissan X-Trail" aşıb - FOTO

2 Yanvar 2020 22:09

Hövsan avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sürücü Rüstəm Paşayevin idarə etdiyi 99-TJ-074 dövlət nömrə nişanlı "Nissan X-Trail" markalı avtomobil yolun beton dirəyinə çırpılıb, nəticədə maşın aşıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Sözügedən yol-nəqliyyat hadisəsi yolda tıxaca səbəb olub.

Milli.Az