Sabiq “Qarabağ”lının transferini rəsmən açıqladılar

2 Yanvar 2020 20:02

"Qarabağ"ın sabiq futbolçusu Con Delarjın Türkiyədə çıxış edəcəyi qətiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, birinci liqa təmsilçisi "Boluspor" 29 yaşlı hücumçunu transfer etdiyini rəsmi saytı vasitəsi ilə açıqlayıb. Onunla bu mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"a transfer olunan konqulu futbolçu heyətdə möhləmkənə bilmədiyi üçün sonradan onunla müqavilə ləğv ediib. Delarj daha əvvəl də Türkiyədə - "Osmanlıspor" və "Bursaspor"da oynayıb.

O, "Qarabağ"dan ayrıldıqdan sonra Çexiyanın "Dinamo" komandasına keçmişdi.

Milli.Az