Sabunçuda ağır qəza - Ölən var

2 Yanvar 2020 17:51

2019-cu il dekabrın 31-də Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Ramazanov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Şəhriyar Cəfərovu vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 1-də orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az