“BMW” piyadanı vurub öldürdü

2 Yanvar 2020 17:42

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, qəza yanvarın 1-də saat 22 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini F.Səfərli idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Elnar Eynullayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az