Saatlıda maşın vuran piyada xəstəxanaya aparılarkən ölüb

2 Yanvar 2020 17:18

Yanvarın 1-də saat 7 radələrində Sabirabad şəhəri ərazisində Saatlı rayon sakini M.Sarıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini Vüsal Əkbərovu vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az