Dünyanın müxtəlif ölkələrində müəllim işləyən azərbaycanlılar xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib.
Milli.Az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi xarici ölkədə yaşayan müəllimlərin təbrik mesajlarını toplayaraq video material hazırlayıb.
İnsan Resursları Mərkəzinin sosial şəbəkədə paylaşdığı videoda dünyanın müxtəlif ölkələrində yaşayan və müəllim kimi çalışan azərbaycanlılar özlərini təqdim edərək təbrik mesajlarını çatdırıblar.
Milli.Az