SON DƏQİQƏ! Azərbaycanda ağır qəza - “Kamaz” aşdı - VİDEO - YENİLƏNİB

2 Yanvar 2020 13:23

13:23

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda "VAZ" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Fövqalədə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

----------

12:00

Bakı - Səlyan şossesində ağır qəza baş verib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, həmin yolda "Kamaz" yüksək sürətlə hərəkət edərək idarə etməni itirib nəticədə yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.

Görüntüləri təqdim edirik:

Milli.Az