Qonşu ölkədə 5,8 bal gücündə zəlzələ oldu

2 Yanvar 2020 12:18

İranın Seysmoloji Mərkəzi xəbər verir ki, İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb.

Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olub.

Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib.

Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az