"Qalatasaray" qış transfer pəncərəsində ilk transferini etməyə yaxındır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Cim-Bom" "Leyptsiq"dən Marselo Saraççini heyətinə qatmaq üzrədir.
Bundesliqa təmsilçisinin idman direktoru Markus Kröşe Almaniya mətbuatına açıqlamasında məlumatı təsdiqləyib: "Saraççinin "Qalatasaray"a keçidi tamamlanmaq üzrədir. Sadəcə, sənəd işləri qalıb".
Qeyd edək ki, uruqvaylı müdafiəçinin İstanbul klubunda icarə əsasında oynayacağı gözlənilir.
Milli.Az