"Arsenal" "Mançester Yunayted" i məğlub edib

2 Yanvar 2020 09:10

Londonun "Arsenal" klubu İngiltərə futbol çempionatının 21-ci turunun oyununda "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qolları Nikolya Pepe (8-ci dəqiqə) və Sokrates Papastatopulos (42-ci dəqiqə) vurublar.

"Arsenal" komandasına Mikel Arteta rəhbərlik etdikdən sonra ilk dəfə qələbə qazanıb.

London klubu 27 xalla turnir cədvəlində 10-cu yeri tutur. "Mançester Yunayted" 31 xalla beşinci pillədə qərarlaşıb.

Milli.Az