ABŞ-ın İraqdakı səfirliyi öz işini dayandırıb

2 Yanvar 2020 09:06

ABŞ-ın Bağdaddakı səfirliyi bütün ictimai konsulluq əməliyyatlarını dayandırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirlikdən bildiriblər.

Bildirilib ki, ABŞ səfirliyinə silahlıların hücumlarına görə bütün ictimai konsulluq əməliyyatları dayandırılır:

"Gələcək bütün görüşlər ləğv olunur. ABŞ vətəndaşlarına səfirliyə yaxınlaşmaq tövsiyə olunmur".

Milli.Az