Bakı sakini naməlum şəxslər tərəfindən qətlə yetirilib

1 Yanvar 2020 23:39

Bakının Suraxanı rayonunda qətl törədilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Lakin həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az