Honq Konqda etirazlar zamanı 400-ə yaxın insan saxlanılıb

1 Yanvar 2020 22:30

Honq Konqda hökumət əleyhinə mitinq zamanı 400-ə yaxın adam saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "France Presse" agentliyi bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər qanunsuz toplaşmaqda və silah saxlamaqda ittiham olunur.

Bildirilib ki, ümumilikdə, 2020-ci ilin birinci nümayişində 1 milyondan çox insan iştirak edib.

Milli.Az