2020-nin ilk saatlarında Günay əkiz anası oldu - 7 il sonra... - FOTO

1 Yanvar 2020 21:40

Mingəçevirdə qadın 7 il sonra ilk əkiz oğlan uşağı dünyaya gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təqvim ili yenilənən kimi Mingəçevirdə 5 oğlan uşağı dünyaya gəlib. Şəhər xəstəxanasının doğum şöbəsində dünyaya gələnlərdən 2-si əkiz olub. Şəhər sakini Günay Mikayılova 7 il sonra əkiz oğlan uşağı dünyaya gətirib. Ana sevincli olduğunu bayram günü ailələrinə 2-qat sevinc bəxş olunduğunu bildirib.

Mingəçevir şəhər xəstəxanasının doğum şöbəsindən verilən məlumata görə, dünyaya gələn uşaqların və anaların hər birinin vəziyyəti normaldır.

Milli.Az