Rusiyada ilk dəfə lotereyada 1 milyard rubl uduş olub

1 Yanvar 2020 19:29

Rusiyada ilk dəfə lotereyada 1 milyard rubl uduş olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə lotereya oyununu təşkil edən "Stoloto" məlumat yayıb

Uduşun sahibi Moskva sakinidir.

Ümumilikdə lotereya oyunu ilə əlaqədar 53,6 milyon ədəd bilet satılıb. Bir biletin qiyməti 100 rubl olub. 1 milyard rubl məbləğində uduş Rusiyada keçirilən lotereya oyunları tarixində rekorddur.

Uduşu almaq üçün bilet sahibi "Stoloto"nun Moskvanın mərkəzində yerləşən mərkəzinə gəlməlidir. "Stoloto"  ümid edir ki, uduş sahibi tezliklə peyda olacaq və  vəsaiti necə xərcləməyi planlaşdırdığını açıqlayacaq.

Milli.Az