Azərbaycanda qadın toyda dünyasını dəyişib

1 Yanvar 2020 18:09

Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərdə yerləşən "Dan Ulduzu" restoranında qeydə alınıb.

Toy zamanı 1946-cı il təvəllüdlü Gülcahan Süleymanovanın halı qəfil pisləşib və qadın dünyasını dəyişib.

İlkin məlumata görə, yaşlı qadın ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az