Xames "Real"dan ayrıla bilər

1 Yanvar 2020 18:29

"Real Madrid"in futbolçusu Xames Rodriqes karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı futbolçuyla "Everton" klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, "Real"ın Xamesi 42 milyon avroya satmaq istədiyi bildirilir.

Everton nümayəndələrinin artıq 28 yaşlı yarımmüdafiəçinin meneceri Jorje Mendeşlə danışıqlara başladığı bildirilir. Xamesin "Real"la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Milli.Az