"Deportivo" heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sequnda Liqada mübarizə aparan bu klub sabiq futbolçusu Emre Çolakı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyəli futbolçu köhnə-yeni klubu ilə mövsümün sonunadək anlaşıb.
Xatırladaq ki, Emre Çolak 2016/17 və 2017/18 mövsümlərində də "Deportivo"da çıxış edib. Amma həmin vaxt bu klub elitada çıxış edirdi. Hazırda isə 2-ci La Liqada mübarizə aparan La Korunya təmsilçisi sonuncu pillədə qərarlaşıb.
Emre Çolak "Deportivo"dan ayrılandan sonra Səudiyyə Ərəbistanı təmsilçisi Al-Vehda-ya üz tutmuşdu.
Milli.Az