Çinin cənub-qərbində 4,3 maqnitudalı zəlzələ olub.
Milli.Az APA-ya istinadən bildirir ki, yerli vaxtla saat 11.01 radələrində baş verən zəlzələnin ocağı Sıçuan əyalətinin Tszıqun şəhər dairəsində, 21 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Milli.Az