Avtomobil piyadanı vuraraq öldürüb

1 Yanvar 2020 11:19

Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı avtomobil yolu keçən Sabirabad sakini, 1983-cü il təvəllüdlü Əkbərov Vüsal Abdul oğlunu vurub. "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az