Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

1 Yanvar 2020 11:10

Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ baş verib, zərər çəkən və sunami təhlükəsi yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ 40 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 130 kilometr şərqdə yerləşib.

Rusiyanın FHN-in xilasediciləri, yanğınsöndürənləri və yerli idarələrin əməliyyat qrupları yeraltı zərbə olan yaşayış məntəqələrindəki sosial əhəmiyyətli obyektləri və digər binaları yoxlayır. Əməliyyat qruplarından gələn məlumata görə, dağıntılar, qurbanlar və yaralananlar yoxdur.

Milli.Az